Azərbaycan yığması ikinci yeri tutdu

Azərbaycan yığması ikinci yeri tutdu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.

Fanat.Az xəbər verir ki, Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mellenhauer və Mersedes Uokerdən ibarət komanda yalnız finalda məğlub olub.

Yarışın ikinci günündə, qrup mərhələsinin son oyununda “Kratex Dream” (Filippin) klubuna 21:17 hesabı ilə qalib gələn milli 1/4 finalda yerli “Sriracha Eagle” komandasını (21:11), yarımfinalda Polşa “Lotto”sunu (17:16) üstələyib.

Yığmamız həlledici görüşdə Almaniya təmsilçisi “Zus”a 15:17 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz daha əvvəl qrupda üç oyun keçirib, bir qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər