Azərbaycan yığması Avropa Kubokuna yollandı

Azərbaycan yığması Avropa Kubokuna yollandı

3x3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Avropa Kubokunun keçiriləcəyi Avstriyanın Qrats şəhərinə gedib.

Fanat.Az xəbər verir ki, Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət komanda Belçika və Niderland komandaları ilə D qrupunda mübarizə aparacaq.

Millimiz hər iki yığma ilə sabah qarşılaşacaq.

Qeyd edək ki, Avropa Kubokuna sentyabrın 11-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər