Azərbaycan yığması Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan yığması Avropa çempionatına qələbə ilə başladı

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Andorrada keçirilən Avropa çempionatının C Divizionunda ilk oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, B qrupunda qərarlaşan milli yerli komanda ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan seçməsinin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma qrupda növbəti oyununu Moldovaya qarşı keçirəcək. İyulun 19-da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər