Azərbaycan təmsilçisi Türkiyə klubuna Bakıda məğlub oldu

Azərbaycan təmsilçisi Türkiyə klubuna Bakıda məğlub oldu

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci matçda Türkiyənin “Baxçaşəhər” kollektivini qəbul edib.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunan qarşılaşma Bakı klubunun məğlubiyyəti ilə bitib - 65:83.

Xatırladaq ki, “Sabah" qrupdakı ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər