Azərbaycan təmsilçisi Çexiya klubuna qarşı

Azərbaycan təmsilçisi Çexiya klubuna qarşı

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada "Nimburk"un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub. Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər