Azərbaycan təmsilçisi Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazandı

Azərbaycan təmsilçisi Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazandı

Bu gün Azərbaycan təmsilçisi "Abşeron Lions" basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində cavab matçına çıxıb.

Fanat.Az xəbər verir ki, təmsilçimiz Kiprdə yerli "Anortosis" ilə qarşılaşıb.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 77:60. Lakin Azərbaycan komandası ilk matçda rəqibini 89:73 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, Avropa Kubokunun qrup mərhələsi oktyabrın 15-də start götürəcək.

Avropa Kuboku, təsnifat mərhələsi

20.00. "Anortosis" (Kipr) - "Abşeron Lions" (Azərbaycan) İlk oyun - 73:89  İkinci oyun - 77-60

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər