Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

Bu gün Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, 12 komandanın iştirak edəcəyi yarış 3 dövrədən ibarət olacaq. 

Tədbirdə 1 və 2-ci dövrələrin püşkü atılıb, üçüncü dövrənin püşkü isə ayrıca - daha sonra atılacaq. Reqlamentə əsasən hər hansı komanda ardıcıl ikidən çox ev və səfər oyunu keçirə bilməz. 

Yeni mövsümü startı isə avqustun 14-də olacaq. Turnirdə "Sabah", "Qarabağ", "Zirə", "Araz-Naxçıvan", "İmişli", "Kəpəz", "Qəbələ", "Neftçi", , "Sumqayıt", "Şamaxı", "Şəfa", "Turan Tovuz" mübarizə aparacaq.

Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı komandalar üz-üzə gələcək:

"Turan Tovuz" - ⁠"Qəbələ"

"Araz-Naxçıvan" - "İmişli"

"Kəpəz" - "Sabah"

"Şamaxı" - "Qarabağ"

"Sumqayıt" - Neftçi"

"Zirə" - "Şəfa"

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının son qalibi "Sabah"dır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər