Azərbaycan millisindən Tbilisidə bir qələbə, bir məğlubiyyət

Azərbaycan millisindən Tbilisidə bir qələbə, bir məğlubiyyət

Aprelin 24-dən etibarən Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 millisi hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, Tahir Baxşıyevin yetirmələri ilk görüşündə "Martveli"nin U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəlib.

İkinci görüş güclü "Dinamo Tbilisi"nin U-16 komandasına qarşı baş tutub. Yığmamız oyundan 68:73 hesablı məğlubiyyətlə ayrılıb. 

Təlim-məşq toplanışı aprelin 30-na qədər davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər