Azərbaycan millisi Türkiyəni yendi

Azərbaycan millisi Türkiyəni yendi

Basketbol üzrə kiçik ölkələrin Avropa çempionatına qatılacaq Azərbaycan yığması Türkiyənin İstanbul şəhərində hazırlıqları davam etdirir.

Fanat.Az xəbər verir ki, milli təlim-məşq toplanışı çərçivəsində Türkiyənin U-20 komandası ilə yoldaşlıq oyunu keçirib. Matç seçməmizin 82:81 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın ən məhsuldar basketbolçusu 26 xalla - Cordan Deyvis olub.

Qeyd edək ki, A qrupunda yer alan yığma AÇ-də ilk oyununu iyunun 28-də Malta, 1 gün sonra isə Andorraya qarşı keçirəcək.  Digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər