Azərbaycan millisi qrupda son oyununa çıxır

Azərbaycan millisi qrupda son oyununa çıxır

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi finalı 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda 6-cı tur çərçivəsində İrlandiyanı sınağa çəkəcək.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi qrupda Şimali Makedoniya (49:87, 70:78), İrlandiya (76:75) və Lüksemburq (90:95, 76:74) oynayıb.

AÇ-2029 Seçmə mərhələ A qrupu

5 iyun

17:00. Azərbaycan - Şimali İrlandiya Bakı idman Sarayı.

1. Şimali İrlandiya 5 5 0 +88 10 2. Lüksemburq 5 2 3 0 7 3. Azərbaycan 5 2 3 -48 7 4. İrlandiya 5 1 4 -40 6

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər