Azərbaycan millisi Portuqaliyaya qalib gəldi

Azərbaycan millisi Portuqaliyaya qalib gəldi

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Xorvatiyada keçirilən qitə birinciliyində yığma Portuqaliya ilə qarşılaşıb. 

Gənc basketbolçularımız rəqibi üzərində minimal hesablı qələbə qazanıb - 52:50.

Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70, İslandiyaya 56:95 hesabı ilə məğlub olub, Ukraynanı isə 77:68 üstələyib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər