Azərbaycan millisi Monteneqroya da böyük hesabla uduzdu

Azərbaycan millisi Monteneqroya da böyük hesabla uduzdu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər veriri ki, E qrupunda yer alan təmsilçimiz 2-ci turda Monteneqro millisini qəbul edib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin böyük hesablı qalibiyyəti ilə yekunlaşıb - 104:62. 

Beləliklə, xanım basketbolçular ilk turdakı kimi böyük hesabla uduzub. Azərbaycan startda Bolqarıstana 48:141 hesabı ilə uduzmuşdusa, Monteneqro öz meydanında Ukraynaya (65:71) məğlub olmuşdu. 

Komandamız növbəti dəfə noyabrın 18-də Ukrayna ilə üz-üzə gələcək. Gələn ilin martında qrupda daha üç oyun keçiriləcək.

AÇ-2027, seçmə mərhələ 2-ci tur, E qrupu 15 noyabr

Azərbaycan – Monteneqro 62:104  (18:36, 16:25, 9:28, 19:15) Bakı. İdman Sarayı. 

1. Monteneqro 2 1 1 +36 3 2. Bolqarıstan 1 1 0 +93 2 3. Ukrayna 1 1 0 +6 2 4. zərbaycan 2 0 2 -135 2  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər