Azərbaycan millisi Çilini məğlub etdi

Azərbaycan millisi Çilini məğlub etdi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çilini məğlub edib.

B qrupu çərçivəsində keçirilən qarşılaşma təmsilçimizin 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Niderland yığmaları ilə münasibətləri aydınlaşdıracaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər