Azərbaycan millisi dünya reytinqinə qayıtdı

Azərbaycan millisi dünya reytinqinə qayıtdı

Kişi basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.

Fanat.Az xəbər verir ki, cədvəldə dünyanın 164 komandası yer alıb.

Azərbaycan milli komandası 13 aylıq fasilədən sonra siyahıya qayıdıb. Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız bu fəaliyyətsizliyinə son verdikdən sonra reytinqə daxil edilib. Aleksandar Trifunoviçin çalışdırdığı kollektiv Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.

Aktivində 78,5 xal olan millimiz dünyanın 113-cü komandasıdır. Yığmamız Avropa ölkələri arasında 45-cidir.

Qeyd edək ki, cədvələ ABŞ (760,7), İspaniya (758,9) və Avstraliya (741,1) milliləri başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər