Azərbaycan millisi DÇ-yə İsveçrədə start verir

Azərbaycan millisi DÇ-yə İsveçrədə start verir

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv İsveçrənin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. I qrupdakı digər görüşdə Kosovo doğma meydanda İrlandiyanı sınağa çəkəcək.

Qeyd edək ki, yığma fevralın 25-də Bakıda Kosovonu qəbul edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər