Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəldi

Azərbaycan millisi Avropa Kubokunun final mərhələsinə yüksəldi

Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb. 

Fanat.Az xəbər verir ki, yığmamız Kiprin Limassol şəhərində keçirilən seçmə mərhələnin yarımfinal oyununda Lüksemburq basketbolçuları ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 15:13 hesabı ilə üstələyən kollektivimiz adını finala yazdırıb.

Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb və meydançadan 20:16 hesabı ilə qalib ayrılıb.

Beləliklə, yığma komandamız 9-11 sentyabr tarixlərində Avstriyanın Qras şəhərində baş tutacaq Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb. 

Qeyd edək ki, Azərbaycan millisi tarixində ikinci dəfə Avropa Kubokunun əsas mərhələsinə yüksəlib. İlk belə nailiyyət 2014-cü ildə əldə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər