Azərbaycan Kubokunun qalibi bəlli oldu

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Bu gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun final qarşılaşması baş tutub.

Fanat.Az xəbər verir ki, “Gəncə" və NTD komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar.

Lakin oyunun ikinci hissəsində 20 xallıq fərqdən geri dönüş edən NTD komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100:89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçilib.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (38 xal, 13 ribaund), NTD-dən Zak Hadson (20 xal, 8 ribaund) olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər