Azərbaycan Basketbol Kubokunun dörddəbir final mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, mərhələnin ikinci oyun günündə daha iki matç keçiriləcək.
Əvvəlcə "Gəncə" ilə "Neftçi", daha sonra isə "Abşeron Lions" ilə "Şəki" münasibətlərinə aydınlıq gətirəcəklər.
Mərhələnin digər iki oyunu belə nəticələnib: "Ordu" – "Sumqayıt" 93:74, "Sabah" – "Quba" 113:76.
Azərbaycan Baksetbol Kuboku 1/4 final 19 fevral 16:00. Gəncə – Neftçi Bakı. İdman Sarayı.
19:00. Abşeron Lions – Şəki Bakı. İdman Sarayı.
Qeyd edək ki, yarımfinal cütləri aşağıdakı şəkildə olacaq:
"Ordu" - "Sabah" "Gəncə" - "Neftçi" cütlüyünün qalibi - "Abşeron Lions" - "Şəki" cütünün qalibi.