Kişi basketbolçular arasında Azərbaycan kubokunun ilk oyun cədvəli açıqlanıb.
Fanat.Az xəbər verir ki, yanvarın 28-29-da baş tutacaq 1/8 final mərhələsinin matçlarının yeri və vaxtı dəqiqləşib.
Mövsümə Lənkəranda start veriləcək. İlk oyun günü Abşeronda başa çatacaq. Ertəsi günün oyunları Gəncə və Sumqayıtda keçiriləcək.
Azərbaycan kuboku 1/8 final 28 yanvar
14:00. “Lənkəran” – NTD Lənkəran OİK
19:00. “Abşeron” – “Quba” Abşeron OİK
29 yanvar
14:00. “Gəncə” – “Ordu” Gəncə İS
19:00. “Sumqayıt” – “Neftçi” Sumqayıt OİK