Azərbaycan Kuboku: "Şahdağ Qusar"la "Şəfa" növbəti mərhələdə

Azərbaycan Kuboku: "Şahdağ Qusar"la "Şəfa" növbəti mərhələdə

Bu gün Azərbaycan kubokunun 2024/25 mövsümü start götürüb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək və bir görüşdən ibarət olacaq I təsnifat mərhələsində yalnız II Liqa klubları mübarizə aparır.

Raundun ilk oyun günündə iki matç baş tutub. Əvvəlcə Şamaxıda “Şahdağ Qusar” və “Kür-Araz” komandaları üz-üzə gəlib. Hesabı İmişli təmsilçisi açsa da, "Şahdağ Qusar" geridönüş edərək qələbə qazanıb. Beləliklə, Elnur Abdullayevin baş məşqçisi olduğu komanda II təsnifat mərhələsində "Araz-Naxçıvan"a rəqib olub.

Günün ikinci qarşılaşması Bakıda baş tutub. “Şəfa” “Saatlı-Araz”ı sınağa çəkib. Görüşdən qalib ayrılan paytaxt klubu II təsnifat mərhələsində "Difai"yə rəqib olub.

Azərbaycan Kuboku I təsnifat mərhələsi

12 oktyabr (şənbə)

“Şahdağ Qusar” – “Kür-Araz” 3:1 Qollar: Qollar:  F. Camalov, 73, 77, E. Quliyev, 79 - N. Məmmədov, 9. Baş hakim: İslam Məmmədov Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

“Şahdağ Qusar”: 99. Elmar Əzizov, 8. Fərman Qənbərov, 88. Mehdi Rəsulov, 7. Salman Atluxanov, 6. Vüsal Hüseynov, 9. Famil Camalov, 4. Rubin Seyidov (k), 21. Ruslan Ağalarov, 30. İlkin Mikayılov, 71. Cavid Quliyev, 38. Said Əliyev Ehtiyat oyunçular: 12. Rafiq Kərimov, 1. Babək Allahverdiyev, 15. Nodar Məmmədov, 14. Rahid Əmirquliyev, 11. Tural Qurbatov, 19. İlyas Səfərzadə, 44. Afin Bağırov, 17. Emin Quliyev, 70. Ruslan Hacıyev, 10. Mehman Məsimov, 77. Ədilxan Qarəhmədov, 55. Firuz Əhmədov Baş məşqçi: Elnur Abdullayev “Kür-Araz”: 1. Şöhlət Rəhimov, 11. Ramazan Abbasov, 8. Cavidan Musazadə (k), 6. Ağasən Əsgərov, 9. Elxan Məmmədov, 77. Müseyib Vəlizadə, 15. Babək Yaqublu, 5. İlkin Hüseynli, 7. Fəzail Şirxanzadə, 13. Nihad Məmmədov, 4. Fərid Oruczadə Ehtiyat oyunçular: 12. Hilal Maqsudlu, 14. Elnur Məmmədov, 18. Nicat Fərəcli, 3. Eltun Həsənli, 16. Əli İbrahimli Baş məşqçi: Üzeyir Sefizadə

“Şəfa” – “Saatlı-Araz” 2:0  Qollar: E.Nəsibov, 9, E.Rəhimli, 34. Baş hakim: Rövşən Rəcəbov “ASK Arena”

“Şəfa”: 13. Əli Həsənli, 21. Novruz Məmmədov(k), 88. Aqşin Paşayev, 6. Ceyhun Cavadov, 28. Ülvi Quliyev, 17. Hüseyn Əliyev, 34. Elmin Əskərli, 7. Elvin Nəsibov, 8. Elçin Rəhimli, 27. Gülalı Mehrəliyev, 97. Cavad Bağırov Ehtiyat oyunçular: 12. Rafiq Həsənov, 25. Qərib İbrahimov, 9. Röyal Nəcəfov, 70. Elgün Abbaslı, 32. Elməddin Hüseynzadə, 77. İbrahim Aslanlı, 11. Nurlan Şabanov, 10. Rauf Məhərrəmov, 99. Muhəmməd Məmmədli, 18. Rəsul Əliyev, 2. Ratmir Kavtunov Baş məşqçi: Nadir Əliyev “Saatlı-Araz”: 1. Ümid Cəfərov, 9. Nurlan İsayev, 19. Rəsul İbrahimov, 7. Xəyal Bədirov (k), 5. Qurban Hüseynov, 15. Cavid Əliyev, 11. Kamran Yolçuyev, 6. Həmzə Əliyev, 44. Ramiz Qasımov, 4. Loğman Əliyev, 14. Abdulla Köngülov Ehtiyat oyunçular: 60. Tural Abbaszadə, 12. Teymur Hüseynov, 22. Tanrıverdi Məhərrəmli, 10. Zaur Fərzəliyev, 8. Ramin Süleymanov, 66. Turqut Mustafazadə, 24. Ülvi Əvəzov, 49. Pərviz Eyvazov Baş məşqçi: Şəhriyar Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər