Azərbaycan Kuboku: Bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

Fanat.Az xəbər verir ki. bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə "Şəki" doğma meydanda "Sərhədçi"ni sınağa çəkəcək ki, qarşılaşma saat 17:00-da start götürəcək. Digər oyun isə Bakıda baş tutacaq. Saat 19:00-da NTD "Sumqayıt"ı qəbul edəcək.

Xatırladaq ki, ötən gün "Quba" "Naxçıvan"ı (105:98), "Neftçi" "Lənkəran"ı (86:54) üstələyərək 1/4 finala vəsiqə qazanıb.

"Şəki" - "Sərhədçi" cütünün qalibi növbəti raundda "Abşeron Lions"la, NTD - "Sumqayıt" duelinin güclüsü isə "Ordu" ilə üz-üzə gələcək. 1/4 finalda "Quba" "Sabah"la, "Neftçi" isə "Gəncə" ilə görüşəcək. Növbəti mərhələnin oyunları 18-22 fevral tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər