Azərbaycan kanalı İtaliya A Seriyasını canlı yayımlayacaq ƏL DƏYMƏƏƏƏƏ

Azərbaycan kanalı İtaliya A Seriyasını canlı yayımlayacaq ƏL DƏYMƏƏƏƏƏ

İtaliya A Seriyası yenidən ölkəmizdə canlı yayımlanacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının yayım hüququna sahib olan “CBC Sport” ötən mövsüm olduğu kimi, İtaliya çempionatının matçlarını yayımlayacaq.

Bununla bağlı tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb.

Məlumatı saytımıza "CBC Sport"un xəbərlər xidmətinin rəhbəri Şəmsəddin Abbasov da təsdiqləyib.

Xatırladaq ki, İtaliya A Seriyasında yeni mövsümə bu həftəsonu, konkret, 22 avqustda start veriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər