Azərbaycan çempionu baş məşqçisini dəyişdi

Azərbaycan çempionu baş məşqçisini dəyişdi

Basketbol üzrə Azərbaycan liqasının qalibi “Sabah”da baş məşqçi dəyişikliyi olub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, makedoniyalı Boban Mitev bu posta gətirilib.

50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Elşən Yusubovu əvəzləyib.

Xatırladaq ki, “Monako” (Fransa), “Partizan” (Serbiya), “Alba Berlin” (Almaniya) klublarında köməkçi məşqçi kimi çalışmış 50 yaşlı Boban Mitev 2011-2013-cü illərdə İran millisinə rəhbərlik edib. O, son olaraq Şimali Makedoniyanın “Angeli” komandasının baş məşqçisi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər