Azərbaycan Basketbol Liqasında IV tur start götürdü

Azərbaycan Basketbol Liqasında IV tur start götürdü

Azərbaycan Basketbol Liqasında IV tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun açılış matçında lider “Xəzri” Xaçmaz təmsilçisi “NTD-İndiqo”nu qəbul edib.

Qarşılaşma Bakı klubunun 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu gün həmçinin “Sumqayıt” – “Neftçi” görüşü baş tutacaq. Tur noyabrın 18-19-da reallaşacaq oyunlarla yekunlaşacaq.

Qeyd edək ki, keçirdiyi 4 matçda 7 xal toplayan “Xəzri” turnir cədvəlinə başçılıq edir. Hər 3 oyunu qələbə ilə başa vuran “NTD-İndiqo” 6 xalla ikinci pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər