Azərbaycan Basketbol Liqasına start verildi

Azərbaycan Basketbol Liqasına start verildi

Oktyabrın 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov ilk qarşılaşmanı izləyənlər arasında olublar.

Açılış oyununda "Sərhədçi PİK" və "NTD BK" komandaları qarşılaşıb. Oyuna "NTD BK" basketbolçuları fəal başlayıb. Onların bu üstünlüyü oyunun sonuna qədər davam edıb və yekunda 77:71 hesabı ilə üstün olan komanda çempionata qələbə ilə başlayıb.

 Qeyd edək ki, birinci turun digər görüşləri oktyabrın 15-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər