Azər Bağırov qışda bu futbolçuları "Kəpəz"dən göndərəcək - ADLAR

Azər Bağırov qışda bu futbolçuları "Kəpəz"dən göndərəcək - ADLAR

"Kəpəz"in baş məşqçisi Azər Bağırov heyətdəki lazımsız futbolçulardan qurtulmaq üçün qış fasiləsini gözləyir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda mütəxəssisi 4 oyunçunun hazırlıq səviyyəsi ümumiyyətlə qane etmir.

Onlardan biri yerli, üçü isə legionerdir. Bağırovun başlayacağı "təmizləmə əməliyyatı"nda klubdan göndəriləcək iki əcnəbinin adı da dəqiqləşib. Bunlar portuqaliyalı müdafiəçi Pedro Qomeş və Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Kresus Donqodur. 

Xatırladaq ki, "Kəpəz" rəhbərliyi Premyer Liqanın 6-cı turundan sonra xal qazana bilməyən baş məşqçisi Adil Şükürovu istefaya göndərərək ötən mövsümün sonunda yollarını ayırdığı Azər Bağırovu geri qaytarıb.

Kamil Xudiyev 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər