"Azarkeşlər bizim üçün çox önəmlidir" - "Qarabağ"ın qapıçısı

"Azarkeşlər bizim üçün çox önəmlidir" - "Qarabağ"ın qapıçısı
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev klubun saytına açıqlama verib.
 
Fanat.Az xəbər verir ki, o, Avstriya toplanışından danışıb və azarkeşlərlə bağlı verilən qərara sevindiyini deyib:
"Təlim-məşq toplanışımız çox yaxşı keçir. Komandada ab-hava yüksəkdir. Qarşıdakı oyunlara çox ciddi hazırlaşırıq. İlk hədəf Avropa Konfrans Liqasında uğurlu çıxış etməkdir. Azarkeşlərlə bağlı verilən qərar məni çox sevindirdi. Çox şadam ki, onlar yenidən tribunalara qayıdır. Uğurlarımızda fanatlarımızın payı danılmazdır. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Azarkeşlər bizim üçün çox önəmlidir".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər