Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

Azərbaycan Premyer Liqasının iki təmsilçisi - “Şamaxı” və “Sumqayıt” yoxlama oyununda qarşılaşıblar.

Fanat.Az-ın məlumatına görə, Qəbələdə baş tutan qarşılaşmanı Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov da stadiondan canlı izləyib. 

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

O, sabiq komandası "Şamaxı"nın məğlubiyyətinə şahid olub. Belə ki, görüş “gənclik şəhəri” təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Ayxan Abbasovun Qəbələyə səfəri təbii ki, həm "Sumqayıt"ın, həm də "Şamaxı"nın yerli oyunçularını izləmək, milliyə namizəd axtarmaqdır. 

Xatırladaq ki, Azərbaycan millisi payızda UEFA Millətlər Liqasında yarışacaq. "A milli" sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq. Bundan əvvəl isə komandamız beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Ayxan Abbasovun başçılıq etdiyi seçmə sentyabrın 23-də Bakıda Tacikistan milli komandası ilə üz-üzə gələcək. Oyun "Palms Sports Arena"da təşkil olunacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər