Ayltonun "Qarabağ"dakı aqibəti necə olacaq? - AÇIQLAMA

Ayltonun "Qarabağ"dakı aqibəti necə olacaq? - AÇIQLAMA
"Aylton da Silva ilə bağlı yekun qərar mövsümün sonunda veriləcək”.
 
Bunu Fanat.Az-a açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Klub rəsmisi Kipr mətbuatında yayda APOEL-ə keçəcəyi yazılan oyunçuyla bağlı Qurban Qurbanovun istəyinə uyğun addım atacaqlarını bildirib: "Onunla müxtəlif klubların maraqlanması normal haldı. APOEL-in belə fikrə düşməsinin də səbəbi bəllidi. Avroliqada onlara qarşı oynayıb. Bildiyiniz kimi, "Ştutqart”dan icarəyə götürmüşük. İcarə müqaviləsi başa çatandan sonra bu məsələyə yenidən baxacağıq. Əsas baş məşqçinin istəyidi. Təbii ki, məşqçilər korpusunun istəyinə uyğun addım atacağıq. İndi bu barədə nə isə demək çətindi. Ancaq sonda Ayltonla bağlı ən düzgün qərarı verəcəyimizə inanıram”.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər