Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olub. 

Ağdam klubu G qrupunda yer alıb. Təmsilçimiz "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) ilə mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin qalibləri 1/8 finala adlayacaq. 2-ci yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Bu komandalar Çempionlar Liqasında qrup üçüncüsü olanlarla görüşəcək. 

Qrup üçüncüləri isə Konfrans Liqasının pley-offuna yollanacaq. Onları bu turnirin ikinciləri ilə sınaq gözləyir.

Avropa Liqasının qrupundakı oyun günləri də dəqiqləşib. Turnirin əsas raundu sentyabrın 8-də başlayacaq.

I tur – 8 sentyabr II tur – 15 sentyabr III tur – 6 oktyabr IV tur – 13 oktyabr V tur – 27 oktyabr VI tur – 3 noyabr

Avropa Liqasında növbəti püşkatma noyabrın 7-də olacaq. Həmin gün pley-off cütləri dəqiqləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər