Avropa Kuboku: Azərbaycan millisi qrupda qaldı

Avropa Kuboku: Azərbaycan millisi qrupda qaldı

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avstriyanın Qrats şəhərində təşkil olunan Avropa Kubokunun final mərhələsində ikinci oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığma D qrupunun sonuncu matçında Niderland seçməsi ilə qarşılaşıb. Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət kollektiv rəqibinə böyük fərqlə uduzub - 6:22.

İlk matçında Belçikaya yenilən komandamız qrup sonuncusu olub və beləliklə, 1/4 finala yüksələ bilməyib.

*** 19:57

Avstriyanın Qrats şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun final mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması D qrupunun ilk matçında Belçika seçməsi ilə qarşılaşıb. Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət kollektiv rəqibinə minimal hesabla uduzub - 13:14.

Millimiz bu gün qrupun ikinci - sonuncu oyununda Niderland komandası ilə münasibətləri aydınlaşdıracaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, 12 kollektiv dörd qrupa bölünüb. Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcək. Avropa Kubokuna sentyabrın 11-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər