Avropa Kuboku: "Abşeron Lions" "Trefl"i qəbul edir

Avropa Kuboku: "Abşeron Lions" "Trefl"i qəbul edir

Bu gün "Abşeron Lions" Avropa Kubokunun I qrupunda ikinci matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Polşanın "Trefl" klubunu qəbul edəcək.

1-ci turda "aslanlar" Estoniya "Kalev/Kramo"suna uduzublarsa (85:93), digər komandamız "Neftçi" rəqib meydanında "Trefl"ə yenilib - 63:92. 2-ci tur çərçivəsində dünən baş tutan qarşılaşmada isə "Neftçi" Bakıda "Kalev/Kramo"nu üstələyərək (95:84) avrokuboklarda ilk qələbəsini qazanıb.

19:00. "Abşeron Lions" (Azərbaycan) - "Trefl" (Polşa) Bakı, İdman Sarayı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər