Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, turnirdə ilk olaraq kişi basketbolçular iştirak edəcək.
Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.
Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.
8 iyun
Kişilər
11:30. Ermənistan - Azərbaycan 16:10. Azərbaycan - Kosovo 19:40. Kipr - Azərbaycan
23:45. Azərbaycan - Albaniya
Qadınlar
17:50. Azərbaycan - Malta 23:20. Azərbaycan - Lüksemburq
Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.