Avropa Kuboku: Azərbaycan yığması Niderland və Avstriya ilə qarşılaşacaq

Avropa Kuboku: Azərbaycan yığması Niderland və Avstriya ilə qarşılaşacaq

Bu gün Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, yığma C qrupundakı ilk matçında Niderlandla qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 15:40-da start götürəcək. İkinci oyunda isə rəqib meydan sahibləri olacaq. Bu qarşılaşma saat 19:15-də reallaşacaq.

1/4 final matçları sabah baş tutacaq. Qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Qeyd edək ki, ötən gün Azərbaycanın qadınlardan ibarət yığması İspaniya (12:20) və Avstriyaya (7:21) uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər