Avropa Kuboku: Azərbaycan yığması ikinci oyunda da uduzdu

Avropa Kuboku: Azərbaycan yığması ikinci oyunda da uduzdu

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupundakı ikinci oyununda meydan sahibləri ilə üz-üzə gəlib.

Matç yığmamızın məğlubiyyəti ilə bitib - 7:21.

Günün ilk qarşılaşmasında seçməmiz İspaniyaya 12:20 hesabı ilə uduzub.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər