Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

Bu gün Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsi başlayır.

Fanat.Az xəbər verir ki, Erika Karter, Dina Ulyanova, Alexandra Mollenhauer və Tatyana Deniskinadan formalaşdırılan Azərbaycan milli komandası ilk gündə iki matç keçirəcək.

A qrupunda mübarizə aparan təmsilçimiz Malta və Kipr komandalarına qarşı oynayacaq.

Əvvəlcə saat 16:50-də kiprliləri sınağa çəkəcək milli 20:35-dən etibarən maltalılarla üz-üzə gələcək.

Avropa Kuboku Seçmə mərhələ, A qrupu 13 iyun

16:50. Azərbaycan – Kipr 20:35. Azərbaycan – Malta

Qrupda növbəti matçlar iyunun 14-də baş tutacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər