Avropa Kuboku: Azərbaycan millisi Belçika və Niderlanda qarşı

Avropa Kuboku: Azərbaycan millisi Belçika və Niderlanda qarşı

Bu gün Avstriyanın Qrats şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun final mərhələsi start götürəcək.

Fanat.Az xəbər verir ki, Endər Poladxanlı, Zaur Paşayev, Amil Həmzəyev və Cəbrayıl Əkbərovdan ibarət Azərbaycanın kişilər yığması D qrupunda Belçika və Niderland komandaları ilə qarşılaşacaq.

Hər iki görüş bu gün keçiriləcək. Milli ilk olaraq Bakı vaxtı ilə saat 18:45-də Belçika ilə üz-üzə gələcək. Niderland seçməsi ilə matç isə 21:30-da başlayacaq.

Qeyd edək ki, 12 kollektiv dörd qrupa bölünüb. Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcək. Avropa Kubokuna sentyabrın 11-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər