Ağsu təmsilçisi Şamaxıya köçdü

Ağsu təmsilçisi Şamaxıya köçdü

Futbol üzrə I Liqada çıxış edən “Difai Ağsu” bu mövsüm ev oyunlarını Şamaxıda keçirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, adıçəkilən klub quruma məsələ ilə bağlı müraciət ünvanlayıb. Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komanda ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.

PFL öz növbəsində təmir işləri yekunlaşana qədər “Difai Ağsu”nun rəqiblərini Şamaxıda qəbul etməsini qərara alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər