Asmir Beqoviç "Qarabağ"a keçidinin səbəbini açıqladı

Asmir Beqoviç "Qarabağ"a keçidinin səbəbini açıqladı
"Qarabağ” ciddi ənənələrə malik ciddi klubdu. Daim daxili arenada mükafatlar üçün mübarizə aparır. Bu klubun Avropa Liqasının qrupunda oynaması da seçimimdə rol oynadı. Yanvara qədər bu klubda xeyli sayda oyun keçirəcəyimi düşünürəm ki, bu da mənim xeyrimə olacaq”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın yeni transferi Asmir Beqoviç deyib.
Bosniya və Herseqovina millisinin qapıçısı İngiltərənin "Bornmut” klubunda ehtiyatda qalmamaq üçün komandasını dəyişdiyini qeyd edib: "Daim oynamaq, ən yüksək səviyyədə çıxış etmək istəyirəm. Bu baxımdan "Qarabağ” yaxşı variantdı".
Beqoviç "Qarabağ”da Avropa Liqasındakı rəqiblərindən də danışıb: "Çətin qrupa düşmüşük. "Sevilya”dan danışmağa dəyməz. Pley-offda "Ayaks”a xeyli çətinlik yaşadan APOEL və asan rəqib olmayan "Düdelanj” da bizimlə eyni qrupdadı. Amma düşünürəm ki, "Qarabağ” bütün rəqiblərinin öhdəsindən gələ bilər".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər