"Arsenal"ın futbolçusu: "Qarabağ"la oyunu heç vaxt unutmaram"

"Arsenal"ın futbolçusu: "Qarabağ"la oyunu heç vaxt unutmaram"
"Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la keçirilən oyunu xatırlayıb.
Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu klubun saytına açıqlamasında bu matçın onun üçün xüsusi bir görüş olduğunu və bunu heç vaxt unutmayacağını bildirib:
"Əsas komandada debütüm ötən il Ukraynada "Vorskla"ya qarşı matçda gerçəkləşmişdi. Səfərdə olduğundan, oyun bizim üçün asan keçməmişdi. Amma iki həftə sonra doğma "Emirates" stadionunda ilk görüşümə çıxdıqda məni izləməyə ailəm də gəlmişdi. Bu, 17 yaşımın tamamlanmasından bir neçə ay sonra Avropa Liqasında "Qarabağ"a qarşı idi.
Bu görüşə start heyətində çıxacağımı mənə bir gün öncədən demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə demişdi. Onlar məni dəstəkləmək üçün oyuna baxmağa gəlmişdilər. Xatırlayıram ki, qarşılaşmadan sonra necə xoşbəxt görünürdülər. Həmin oyunda geyindiyim formanı özümlə götürdüm. İndi o, evimin divarından asılıb. O günü heç vaxt unutmaram. Qol vurmaq üçün həqiqətən də böyük şansım var idi. Fikrimcə, bundan dərs çıxarmışam və indi öyrənməyə davam etmək istəyirəm".
Qeyd edək ki, Bukayo Saka "Qarabağ"la qarşılaşmanın 89-cu dəqiqəsində əlverişli şansdan yararlana bilməsə də, oyunun ən yaxşı futbolçusu seçilib. "Vorskla" ilə matç isə "Arsenal"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Saka Kiyevdəki görüşün 68-ci dəqiqəsində Aaron Remzinin əvəzinə meydana daxil olub.   
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər