"Arsenal" Artetanın müqaviləsinin müddətini uzatdı - RƏSMİ

"Arsenal" Artetanın müqaviləsinin müddətini uzatdı -  RƏSMİ
İngiltərə Premyer Liqasının son çempionu “Arsenal”ın baş məşqçisi Mikel Artetanın müqaviləsi 2030-cu ilə qədər uzadılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
İmzalama mərasimindən sonra danışan 44 yaşlı ispaniyalı mütəxəssis bildirib:
“Gələcəyimi bu kluba həsr etmək və "Arsenal"ın ən yaxşısını istəyən möhtəşəm insanlarla çalışmağa davam etmək mənim üçün böyük imtiyazdır. Bu klub özünəməxsus xüsusiyyətləri var. Xarakteri və sizdə yaratdığı hisslərlə bənzərsizdir”.
“Topçular”ın baş icraçı direktoru Riçard Qarlik isə deyib:
“Bu, "Arsenal"ın tarixində mühüm bir dönəmdir. Mikel ilə birlikdə qalibiyyət dövrü yaratmaq istəyirik. Klub və azarkeşlərimiz üçün uzunmüddətli hədəflərimizi həyata keçirmək məqsədilə birlikdə çox çalışmağa davam edəcəyik”.
2011-2016-cı illərdə futbolçu kimi “Arsenal”ın formasını geyinən Arteta daha sonra London klubunun baş məşqçisi təyin olunub. İspaniyalı mütəxəssis komandasını ötən mövsüm Premyer Liqanın çempionu edib və “topçular”ın 22 illik çempionluq həsrətinə son qoyub.
Arteta həmçinin komandasını 20 ildən sonra ilk dəfə Çempionlar Liqasının finalına çıxarıb.
İspaniyalı çalışdırıcı “Arsenal”la 1 dəfə İngiltərə Kubokunu (FA Cup) və 4 dəfə İngiltərə Superkubokunu (Community Shield) qazanıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər