Arif Əsədov: "Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər"

Arif Əsədov: "Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər"

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzan "Qarabağ" Bakıda Ukrayna komandasını 2 cavabsız qolla üstələyərək növbəti mərhələyə yüksəldi və "Tvente"yə rəqib oldu.

Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb "köhlənlər"in dünənki oyunu, eləcə də "Tvente" ilə qarşıdakı görüşlər barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Bu qələbə "Qarabağ" üçün çox vacib idi. Təbii ki, heyətin yenilənməsi Ağdam təmsilçisinin performansına təsir edirdi. "Dinamo" ilə ilk matçdakı məğlubiyyətdən sonra da psixoloji çətinlik var idi. Lakin təmsilçimiz xarakter nümayiş etdirərək Ukrayna təmsilçisini üstələdi və növbəti mərhələyə çıxdı. "Tvente" güclü klubdur. Getdikcə rəqiblər çətinləşir. Ancaq bu həmin "Tvente" deyil. Hansı ki "Qarabağ" onlarla əvvəl də avrokuboklarda iki dəfə qarşılaşıb. Son qələbə "Tvente"ni də keçmək üçün təkan ola bilər".

Qeyd edək ki, tərəflərin ilk qarşılaşması avqustun 20-də Niderlandda reallaşacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər