Arda Gülər üçün daha bir dünya nəhəngi hərəkətə keçir - İDDİA

Arda Gülər üçün daha bir dünya nəhəngi hərəkətə keçir - İDDİA

"Real Madrid"in mövsümün əvvəlində heyətinə qatdığı Türk ulduz Arda Gülər ​​haqqında yeni iddia var. 19 yaşlı on nömrəyə başqa bir dünya nəhənginin təklif göndərəcəyi deyilir.

Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin  "Fənərbağça"dan fantastik məbləğ qarşılığında transfer etdiyi Arda Gülər daha bir dünya nəhənginin hədəfindədir.

Karlo Ançelottinin "Real Madrid"də az şans verdiyi Arda Gülər ​​üçün Almanlar hərəkətə keçib. İddiaya görə Bundesliqa təmsilçisi  "Bavariya" gənc ulduz axtarışındadır və onların namizədlərindən biri də Arda Gülərdir. Xəbərdə  "Bavariya"nın idarəçiləri "Real"ın prezidenti Florentino Pereslə yaxşı münasibətdə olduğu və yaxın zamanlarda Arda Gülər ​​üçün Madrid təmsilçisinə  sürpriz təklif edə biləcəyi vurğulanıb.

Arda Gülər ​​bu mövsüm "Real Madrid"in heyətində 7 matçda oynamaq şansı qazanıb və 1 qol vurub.

19 yaşlı on nömrənin "Real Madrid"lə müqaviləsi 2029-cu il iyunun 30-da başa çatacaq. Türk ulduzun hazırkı bazar dəyəri 15 milyon avrodur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər