Aqolli "Qarabağ"dan gedir?

Aqolli "Qarabağ"dan gedir?

"Qarabağ”ın müdafiəçisi Ansi Aqoli ölkəsinin mətbuatına danışıb. Fanat.Az "Super Sport”a istinadən xəbər verir ki, "Qarabağ”ın müdafiəçisi "Skenderbeu”ya keçəcəyi haqda dolaşan xəbərlərə münasibət bildirib:

 

"Məni "Qarabağ”da hər şey qane edir. Gördüyünz kimi, Çempionlar Liqasının qrupunda oynayırıq. Deməli, hər şey qaydasındadı. "Skenderbeu”ya keçəcəyimlə bağlı deyilənlər həqiqət deyil. Mən karyeramı bitirməmişdən öncə yalnız "Tirana” ilə Albaniya çempionluğunu qazanmaq istəyərdim. Çünki bu klubun formasıyla qeyd etdiyim ilk çempionluq zəfəri yaddaşımda silinməz izlər buraxıb. "Tirana” mənim üçün xüsusidi”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər