APOEL-in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq

APOEL-in iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ”ı qəbul edəcək Cənubi Kiprin APOEL komandasının zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, iki futbolçunun - Tomas de Vinsenti və Roman Bezyak Azərbaycan çempionuna qarşı oynamayacağı dəqiqləşib.
Əvəzində zədəlilərdən biri - Antonio Yakoliş tam sağalıb. Baş məşqçi Tomas Doll xorvatiyalı yarımmüdafiəçinin xidmətindən yararlana biləcək.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – "Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər