APL: "Zirə" uddu, "Qarabağ" xal itirdi 

APL: "Zirə" uddu, "Qarabağ" xal itirdi 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Səbail" "Zirə"ni qəbul edib. 

Oyun "qartallar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Tura "Keşlə" - "Qarabağ" qarşılaşması ilə başa çatıb. Əsas heyətin bir neçə üzvünü ehtiyatda saxlayan Qurban Qurbanovun komandası rəqibin müqavimətini qıra bilməyərək xal itirib. 

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" "Sabah"ı səfərdə 1:0, "Qəbələ" isə "Sumqayıt"ı 4:0 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası

XVII tur

28 fevral (bazar ertəsi)

17:00. “Səbail” – “Zirə” 0:1 Qol: Ağabala Ramazanov, 45+2

“Səbail”: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 39. Tural Bayramlı, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 44. Şamil Cəfərov, 66. İbrahim Aslanlı, 38. Zeynəddin Abdurahmanov Baş məşqçi: Aftandil Hacıyev

“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 92. Brayan Alseus, 4. Cəlal Hüseynov Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev Baş məşqçi: Rəşad Sadıqov Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Asif Əliyev “ASCO Arena”

“Keşlə” – “Qarabağ” 0:0

Keşlə: 1. Stanislav Namaşko, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 10. Felipe Santos, 6. Franko Flores, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə. Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 38. Sahib Həsənov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov. Baş məşqçi: Sənan Qurbanov.

Qarabağ: 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı. Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 12. Emil Balayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 21. Rauf Hüseynli, 27. Toral Bayramov. Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “ASK Arena”

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 16 11 4 1 32-9 37
2 Qəbələ 17 9 5 3 29-17 32
3 Zirə 17 9 4 4 26-16 31
4 Neftçi 17 8 4 5 26-22 28
5 Sabah 17 6 2 9 23-26 20
6 Keşlə 17 4 3 10 18-28 15
7 Sumqayıt 16 3 4 9 10-25 13
8 Səbail 17 3 2 12 12-33 11

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol Coy-Lens Mikels ("Sabah") - 7 qol Filip Ozobiç ("Qarabağ") - 7 qol Musa Qurbanlı ("Qarabağ") - 6 qol Abdullah Zubir ("Qarabağ") - 6 qol Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol İsnik Alimi ("Qəbələ") - 5 qol Felipe Santos ("Keşlə") - 5 qol Rafael Utziq ("Qəbələ") - 5 qol  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər