Azərbaycan Premyer Liqasında XIX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
Əvvəlcə lider “Qarabağ” səfərdə “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi çətin səfərdən qələbə ilə qayıtmağı bacarıb.
Günün digər matçında isə “Zirə” və “Sumqayıt” komandaları üz-üzə gəlib. Hesabı qonaqlar açıbllar. Amma yekunda meydan sahibləri əzmkar qələbə qazanıblar.
Tura sabah keçiriləcək “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq. İlk oyun günündə “Kəpəz”lə “Qəbələ” heç-heçəyə (2:2) razılaşıb.
Azərbaycan Premyer Liqası XIX tur 25 yanvar
“Turan Tovuz” – “Qarabağ” 2:3
Qollar: Runi Eva, 23, Ehtiram Şahverdiyev, 86 - Musa Qurbanlı, 10, Ramil Şeydayev, 27, Bəhlul Mustafazadə, 89.
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri Baş məşqçi: Ayxan Abbasov “Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 87. Adama Diakabi, 11. Kvabena Ovusu Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov. Tovuz şəhər stadionu, 14:00. “Zirə” – “Sumqayıt” 3:1
Qollar: Dmitrios Çantakias, 50, Loris Broqno, 73. Toni Qomes, 79 - Vüsal İsgəndərli, 4.
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 23. Andriya Lukoviç, 70. İssa Cibriel, 17. Toni Qomes Baş məşqçi: Rəşad Sadıqov “Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar Baş məşqçi: Samir Abasov
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev. Zirə İdman Kompleksinin stadionu, 16:30.
