Antirekordçu "Kəpəz" 40-a çatdı

Antirekordçu "Kəpəz" 40-a çatdı

“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb. 

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının 36-cı turuna təsadüf edib. 

Gəncə təmsilçisi “Turan Tovuz”la "qərb derbisi"ndə 4 cavabsız qol buraxıb. “Kəpəz” bunadək 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə uduzmuşdu.

İlk belə məğlubiyyət 1995/96 mövsümündə yaşanıb. 1995-ci il sentyabrın 10-da “Qarabağ”la görüşdə 0:3 hesablı yenilgi qeydə alınıb.

“Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər