Ansi Aqolli: "Qarabağ" mənim evimdi"

Ansi Aqolli: "Qarabağ" mənim evimdi"
"Doqquz mövsümdü "Qarabağ"da oynayıram. Əvvəl burda uzun müddət qalacağımı düşünmürdüm. Ancaq düzgünlük, peşəkarlıq, həmçinin azarkeşlərin kluba olan sevgisini nəzərə alsaq, bu illər mənim üçün çox tez və mükəmməl keçdi. Karyeramın 60 faizini "Qarabağ"da keçirdim. Yəni bura mənim evimdi  deyə bilərəm". 
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
"RTSH Sport" telekanalına müsahibə verən alban futbolçu mövsümün sonunda karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı qərar vermədiyini bildirib: "Nələr baş verəcəyini gözləyək. Konkret qərar verməmişəm. İyun ayına qədər müqaviləm var. Bu müddətdə komama kömək etməliyəm. Daha sonra  menecerimlə birgə klub rəhbərliyi ilə  görüşəcəm. Heç bir futbolçu başqasının əvəzləyicisi olmaqla razılaşmaz. Ancaq bunlar futbolun bir hissəsidi və mən də qəbul etməliyəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər