Anri "Qalatasaray"ı təkbaşına çökdürən Salahın tərifini göyə qaldırdı: "İndi hər kəs görür ki..."

Anri "Qalatasaray"ı təkbaşına çökdürən Salahın tərifini göyə qaldırdı: "İndi hər kəs görür ki..."

Əfsanəvi fransalı keçmiş hücumçu Tyerri Anri Məhəmməd Salahın Türkiyədəki uğuruna münasibət bildirib.

Fanat.Az xəbər verir ki, misirli ulduz şənbə günü "Trabzonspor"un "Qalatasaray"la oyununda (4:0) het-trik edib, bir məhsuldar ötürmə müəllifi olub.

"Topskills Sports UK" Anrinin Salahla bağlı açıqlamasını belə çatdırıb: 

"İndi hər kəs Salahın heç vaxt "Liverpul" üçün problem olmadığını görür. Bəlkə də problem rəhbərlikdə idi, amma əlbəttə ki, Misir kralında yox. Təsəvvür edin, o, ilk het-trikini Türkiyənin ən yaxşı klublarından biri olan "Qalatasaray" komandası ilə qarşılaşmada etdi. Belə oyunçuya hörmətlə yanaşmaq lazımdır".

Məhəmməd Salah ötən mövsümün sonunda "Liverpul"dan azad agent statusunda ayrılıb və yayda "Trabzonspor"la anlaşıb. O, Türkiyə Super Liqasında meydana çıxdığı 6 oyunda 7 qol vurub, 2 assist edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər